Bakı. Trend:
Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyümüzün bərpası, bütünərazilərimizdə suverenliyin tam təmin edilməsi həm ölkə daxilində,həm də xaricində bəzi qüvvələri rahat buraxmır. Həmin qüvvələrinəsas məqsədi nəyin bahasına olursa-olsun ölkəmizin əleyhinə yalan,böhtan xarakterli məlumatlar yaymaq, Azərbaycan hakimiyyətininuğurlu və milli maraqlara xidmət edən siyasətinə ləkə yaxmaqdır.Ölkə daxilində bu üzdəniraq missiyanı AXCP sədri Kərimov Əli vəonun diktəsi ilə hərəkət edən həsənov cəmil yerinə yetirirlər.Anti-Azərbaycan qüvvələrin sifarişlərini icra edən məlum cütlüksosial şəbəkələrdə yalan informasiya yaymaq yarışına giriblər.Şəxsi ambisiyalarını hər şeydən üstün tutaraq mənəviyyatını,həqiqət duyğusunu itirmiş bu cütlük üçün heç bir müqəddəs dəyəryoxdur. Onlar Azərbaycan xalqı üçün müqəddəs yer olan Şəhidlərxiyabanlarını ziyarəti belə şouya çevirməyə çalışmaqlamənəviyyatsız, antimilli fəaliyyətləri ilə xalqdan, cəmiyyətdən nəqədər uzaq olduqlarını bir daha ortaya qoyurlar. Ancaq sosialşəbəkələrdə boy göstərmək, qarayaxma, manipulyasiya ilə məşğulolmaqla guya siyasi fəaliyyətdə olduqlarını ortaya qoyan kərimovəli və həsənov cəmil kimilər antimilli fəaliyyətləri iləcəmiyyətdən özlərini o qədər təcrid ediblər ki, reallıq hisslərinibelə tamamilə itiriblər. İtirməsəydilər xalqın onlara qarşı olanmünasibətindən, anti-Azərbaycan şəbəkənin əlində oyuncağaçevrilmələrindən, dövlətə, onun ayrı-ayrı strukturlarına qarşıyalan, böhtan kampaniyası aparmalarından utanardılar. Ammautanmırlar. Çünki bu antimilli ünsürlər ölkəmizin əleyhinə təbliğataparmağı, Azərbaycan əleyhdarı olan “ağalarının” sifarişləriniyerinə yetirməyi özləri üçün həyat amalına çeviriblər.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadəbildirib.
Millət vəkili vurğulayıb ki, dövlətin uğurlu siyasətini həzm edəbilməyən əli kərimovlar, cəmil həsənovlar sosial şəbəkəhesablarında mütəmadi olaraq ayrı-ayrı dövlət strukturlarınınfəaliyyətinə kölgə salmaq üçün böhtan və qərəzlə dolu çirkinfikirləri ilə gündəmdə olmağa səy göstərirlər. Onlar üçünözünüreklam bir növ fəaliyyət istiqamətinə çevrilib. Bu ünsürlərinbir müddət əvvəl növbəti hədəf kimi Azərbaycan polisini seçmələridə bunun bariz nümunəsidir. Onların dövlət orqanlarının əleyhinətəbliğat aparmaları nə qədər rəzil durumda olduqlarınıngöstəricisidir. Dövlət strukturlarını, hüquq-mühafizə orqanlarınıhədəf almaq dövləti hədəf almaq deməkdir. Hüquq-mühafizə orqanlarımüstəqillik illərində şərəfli yol keçib. İctimai sabitlik, millitəhlükəsizlik hər bir dövlətin mövcudluğunun əsas şərti olmaqlabərabər, inkişafın vacib zəmini, vətəndaş rifahının mühüm amilidir.Hüquq-mühafizə orqanları dövlətin təhlkəsizliyini, ictimai asayişiyüksək səviyyədə təmin edir, cinayətkarlığa qarşı uğurla mübarizəaparırlar.
Kərimov Əli, Həsənov Cəmil kimi antimilli ünsürlər ölkədəkisabitliyi pozmağa uğursuz cəhdlər edirlər. Çünki bu üzdəniraqlarüçün xaos, özbaşınalıq maraqlarını reallaşdırmaq üçün münbitzəmindir. Vaxtilə hakimiyyəti zəbt etdikləri dövrdə biz bununşahidi olmuşuq. Bədnam AXC-Müsavat cütlüyü bir illik iqtidarıdövründə yalnız hakimiyyətini saxlamağı düşünərək ölkəmizə böyükfaciə yaşatmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlıduruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayanşəxslərin vəzifəyə gətirilməsi müstəqilliyimizə ciddi təhdidyaratmışdı. Xaos, anarxiya adi hal almışdı. Belə görünür ki, həminhava hələ də onların başından çıxmayıb.
Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycanda qanunun aliliyiən yüksək səviyyədə təmin edilir, vətəndaşların sərbəst toplaşmaq,ifadə azadlıqlarına hörmətlə yanaşılır. Heç kim öz fikrini sərbəstifadə etməsinə görə təqiblərə, təzyiqlərə məruz qalmır. AXCP sədrikərimov əli və qondarma “milli şura”nın marionet rəhbəri HəsənovCəmil Azərbaycanı gözdən salmaq üçün hər cür vasitəyə əl atırlar.Kərimov Əli, onun idarə etdiyi həsənov cəmil kimi xəyanətkarlar özçirkin əməlləri, böhtanları ilə bir daha onlara və sifarişaldıqları ağalarına Azərbaycan dövlətinin güclü olmasının, xalqınrifah halının yüksəlməsinin, ictimai-siyasi sabitliyin yüksəksəviyyədə təmin edilməsinin sərfəli olmadığını ortaya qoyurlar. Buxəyanətkarların sosial şəbəkələrdəki qaragüruhçu fəaliyyəti birdaha göstərir ki, böhtan, əsassız iddialar, yalan, qərəz onlar üçünəsas siyasi tezisdir. Bu isə inkarçılıq sindromuna yoluxanantimilli ünsürlərin artıq mənəvi-əxlaqi böhran keçirdiyinitəsdiqləyir. Mayaları şər, qərəz, iftira, böhtanla yoğrulan kərimovəli, həsənov cəmil kimilər hələ də ölkənin siyasi arenasındansilindiklərinin, marginal qruplara çevrildiklərinin fərqindədeyillər.