Bakı. Trend:
Seysmoloqlar Rusiya Kamçatka adasının şərq sahillərində Sakitokeanda 6,1 bal gücündə zəlzələ qeydə alıblar.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınVahid Geofizika Xidmətinin regional filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Petropavlovsk-Kamçatskişəhərindən 94 km cənub-şərqdə yerləşib. Onun ocağı dəniz dibinin 48km dərinliyində olub.
Bildirilib ki, Petropavlovsk-Kamçatskinin müxtəlif ərazilərində5,0 bal gücündə zəlzələ hiss olunub. Sunami təhlükəsibildirilməyib.