RU

İqbal Ağazadədən Cabir İmanov haqqında qalmaqallı sözlər

Ümid Partiyasının sədri İqbal Ağazadə sosial media hesabında ötən gün vəfat edən Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.

News365.az xəbər verir ki, o, baylaşımında illər əvvəl Cabir İmanovla bağlı etdiyi çıxışının yenidən gündəmə gəlməsindən narahatlığını bildirib.

“Bu gün Əməkdar artist, istedadlı aktyor Cabir İmanov vaxtsız dünyasını dəyişdi. Ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin.

2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar. Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq, məncə, məqsədəuyğun və etik deyil.

Allah Cabir İmanova rəhmət eləsin!

Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam, kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm. Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq…”, - o qeyd edib.

Избранный
15
16
news365.az

4Источники