RU

Berkli Universitetində inkişaf və sülh mərkəzi yaradıldı – Umud Mirzəyev İdarə Heyətinə üzvləri arasında (FOTO)

Bakı. Trend:

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiqnəzəriyyəsinin banisi Lütfi Zadənin uzun illər çalışdığı və fəxriprofessor olduğu Berkli Kaliforniya Universitetində Azərbaycanınyaxın dostu, “Sülhün Kökləri” (Roots of Peace) təşkilatınıntəsisçisi və rəhbəri və 2023-cü ilin Dünya Ərzaq Mükafatı laureatıolan xanım Haydi Kuhnün təşəbbüsü ilə “Münaqişədən sonrakı inkişafaraşdırmaları üzrə Kühn Təşəbbüsü” mərkəzi yaradılıb.

Trend xəbərverir ki, açılış mərasimində dünyanın nüfuzlu alimlərinin, müvafiqsahə üzrə ekspert-mütəxəssislərin və humanitar missiya daşıyantəşkilat liderlərinin iştirakı ilə “Kənd təsərrüfatı vasitəsiləsülhün yetişdirilməsi və sülh iqtisadiyyatının müəyyənləşdirilməsi”mövzusunda müzakirə təşkil olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti UmudMirzəyev də tədbirin iştirakçıları arasında olub. O, yeni yaradılan“Kühn Təşəbbüsü sülh mərkəzi”nin Xarici Müşavirlər şurasınaseçilib.

Mərkəzin təsisçisi və əsas təşəbbüskarı olan Haydi Kuhn açılışnitqi ilə çıxış edib:

“Heç şübhəsiz, bu təşəbbüs təkcə Berkli Universiteti və bizimüçün deyil, bütün dünya ictimaiyyəti üçün tarixi bir məqamdır. İkionillikdən artıqdır ki, “Sülhün Kökləri” təşkilatı müharibədənzərər çəkmiş regionlarda minalı sahələri məhsuldar ərazilərəçevirmək üçün çalışır. Berkli Universitetinin dəstəyi ilə artıq bumissiyanı genişləndirmək və sülhə can atan icmalar üçün praktikhəllər işləyib hazırlamaq üçün akademik mərkəzə sahibik”, - deyəHaydi Kühn bildirib.

Berkli Kaliforniya Universitetinin Yaxın Şərq AraşdırmalarıMərkəzinin direktoru Əsəd Əhməd də təşkilatçı tərəfdaş olaraqfikirlərini bölüşüb:

“Bu təşəbbüs Berkli Universitetinin münaqişədən sonrakı inkişafsahəsində zəngin təcrübəsini və kənd təsərrüfatına yatırımlarıvasitəsilə sülhü dəstəkləyən Haydi Kuhnün inamlı baxışını bir arayagətirən mühüm platformadır. Şübhəsiz ki, bu mərkəzlə gələcəyəyönəlmiş sülh missiyasını dəstəkləməkdən qürur duyuruq”.

“Sülhün Kökləri” təşkilatı və Berkli Universitetinin birgəəməkdaşlığı çərçivəsində əsası qoyulan bu mərkəz münaqişələrdəntəsirlənmiş regionlarda kənd təsərrüfatı vasitəsilə sülhün bərqəraredilməsinə həsr olunmuş yeni bir təşəbbüsü özündə birləşdirir.Mərkəzin yaradılmasının əsas məqsədi kənd təsərrüfatı və iqtisadiinkişafı müharibədən çıxmış ölkələrdə sabitliyə aparan yollar kimiinkişaf etdirməkdən ibarətdir. Kühn Təşəbbüsü kənd təsərrüfatıelmi, təbii resursların idarə olunması, iqtisadiyyat, münaqişəaraşdırmaları və beynəlxalq inkişaf kimi müxtəlif sahələrdənmütəxəssisləri bir araya gətirəcək. Sonda müharibədən zərər çəkmiştorpaqların bərpası və inkişafı naminə Haydi Kunün başlatdığı “Ağqızılgül kampaniyası” çərçivəsində birgə qlobal çağırış edilib.

Tədbirdən sonra BAMF prezidenti Umud Mirzəyev Azərbaycanmətbuatına açıqlama verib:

“Berkli Universitetində ilk andan özümə qarşı özəl bir münasibəthiss etdim. Hər şeydən əvvəl bu özəl yanaşma dahi həmyerlimiz,dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi LütfiZadənin azərbaycanlı olmasından irəli gəlirdi. Tədbirin sonundaonun vaxtilə işlədiyi elektrik mühəndisliyi və kompüter elmlərifakültəsinin tədris korpusunda oldum. Korpusun həyətində gəzəndəböyük qürur hissi keçirirdim. Onun Bakıdakı məzarının fotosunuUniversitetin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru ƏsədƏhmədə xatirə olaraq təqdim etdikdən sonra, onu Bakıya dəvət etdim.Professor Əsəd Əhməd də bu təklifi yüksək qiymətləndirdiyini diləgətirdi”.

Berkli
Berkli
Berkli
Berkli
Berkli
Избранный
19
9
az.trend.az

10Источники