İranın Simnan əyalətində tələbələri daşıyan avtobus ağır yol qəzasına düşüb.
"Unikal" xəbər verir ki, bu barədə İran mediası məlumat dərc edib.
Bildirilir ki, hadisə Simnan-Sorxe magistral yolunda baş verib. Məlumata görə, tibb fakültəsinin tələbələrini daşıyan avtobus TIR-la toqquşub. Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində iki tələbə həyatını itirib. Avtobusda ümumilikdə 11 nəfər olub.
Seymur Əli