RU

Əli Əsədov Lukaşenko ilə görüşdə

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.

Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.

Baş nazir, həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
35
olaylar.az

10Источники