RU

Ölkədə su şəbəkəsinə qoşulma proseduru sadələşdirilib RƏSMİ AÇIQLAMA

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Ölkəmizdə bütün sahələrdə komunal xidmətlərə qoşulma ilə bağlı sistemli tədbirlər keçirilir. Bu baxımdan su şəbəkələrinə qoşulma da qarşıya qoyulan məqsədlərdəndir.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov mətbuata açıqlamasında deyib.

"Ölkəmizdə su ehtiyatının artırılması baxımdan müvafiq dövlət proqramı icra olunur. Qarşıda duran əsas məsələlərdən biri su idarəçiliyində rəqəmsallşmadır. Bununla su itkilərinin azalması hədəflənir. ADSEA-da Su şəbəkəsinə qoşulma ilə bağlı xüsusi işçi qrupu yaradılıb".

O, həmçinin bildirib ki, 2025-i ilin 2 yanvar tarixindən etibarən ölkədə su şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar qüvəyə minib: "Yeni qaydanın mahiyəti ondan ibarət idi ki bu günədək su şəbəkəsinə qoşulmaq 13 mərhələdən ibarət idi. Hazırda isə bu sadəcə 3 mərhələdən ibarətdir və maksimum 30 günə həyata keçirilir. Ödənişlər isə qaydalar çərçivəsində aparılır. Müraciətlər Elektron Su Portalı, Asan Xidmət və Kob Evlərində edilir".

Banu Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
50
baku.ws

10Источники