RU

"Bütün tərəfləri Qəzza planını qəbul etməyə çağırırıq" - İtaliyanın Baş naziri 

İtaliyanın baş naziri Giorgia Meloni ABŞ prezidenti Donald Trampın Qəzza planı ilə bağlı "Bütün tərəfləri bu fürsətdən istifadə etməyə və bu planı qəbul etməyə çağırırıq" - deyib.


Manset.az xaric mediaya istinadən xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsə nail olmaq və davamlı sülhə yol açmaq planını alqışlayıb. Meloni sosial şəbəkədəki paylaşımında, "İtaliya hökuməti Qəzzada müharibənin dayandırılması və girovların azad edilməsi üçün bütün səyləri çoxdan dəstəkləyib. Döyüşlərin dayandırılması Qəzzada dinc əhaliyə təsir edən, tamamilə ədalətsiz və qəbuledilməz bir faciə olan dəhşətli humanitar böhranı həll etmək üçün də vacibdir" - deyib.

Meloni Trampın təklif etdiyi planın bu prosesdə “dönüş nöqtəsi” ola biləcəyini vurğulayıb.
 

Избранный
35
29
manset.az

10Источники