Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Donald Tramp özünü ABŞ-ın təkcə 45-ci və 47-ci deyil, həm də 46-cı prezidenti adlandırıb.
Lent.az xəbər verir ki, Tramp bu haqda ABŞ Silahlı Qüvvələrinin ali komandanlığına müraciət edərkən deyib.
"Mən 45-ci, 46-cı və 47-ci ABŞ lideriyəm. Bəli, əgər bu barədə düşünsək. Sadəcə istəmirəm ki, 46-cını mənim hesabıma yazsınlar.", - o bildirib.
Qeyd edək ki, Tramp 2017-2021-ci illərdə vəzifədə olub. O, 2020-ci ilin noyabrında keçirilən seçkilərdə ABŞ-ın 46-cı prezidenti olmuş Co Baydenə uduzub. Bununla belə, Tramp hələ də həmin seçkidəki məğlubiyyətini şübhə altına alır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.