RU

Qətərdən Trampın Qəzza planı barədə açıqlama

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planına dair açıqlama verib.Metbuat.az xəbər verir ki, o "Əl-Cəzirə" telekanalına müsahibəsində sülh planının atəşkəsi təmin edəcəyini ifadə edib. Diplomat eyni zamanda qeyd edib ki, sülh planının tətbiqi üçün danışıqlar həyata keçirilməli və detallar müəyyən edilməlidir. Onun sözlərinə görə, Tramp sülh planın prinsiplərini irəli sürüb. Detalları və icrasını müzakirə etmək lazımdır.

Qeyd edək ki, Donald Tramp Qəzzada sülhün tətbiq edilməsi üçün 20 bəndlik plan təqdim edib.

Избранный
17
7
metbuat.az

8Источники