RU

“Rusiyada azərbaycanlılara işgəncə iddiaları araşdırılır“- Kamran Əliyev

Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan Prokurorluğu ilə yanaşı, Rusiya Prokurorluğunda da araşdırma aparılır.

 News365.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Rusiyada azərbaycanlılara münasibətdə zor tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə əlaqədar xüsusi istintaq aparılır:

"Əməliyyat tədbirləri zamanı azərbaycanlılara qarşı əsaslı güc tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə bağlı Rusiya ilə əməkdaşlıq edirik. Bu istintaqın da qanuni və məntiqli nəticəsinin olacağına inanıram".

Избранный
12
7
news365.az

10Источники