ain.az bildirir, Azpolitika.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, sülhün bərpası üçün gördüyü işlərə görə Nobel Sülh Mükafatını məhz o almalıdır. Onun sözlərinə görə, bu mükafatın ona verilməməsi ABŞ üçün “böyük təhqir” olar.
Tramp bu fikirləri Virciniya ştatının Kvantiko şəhərində yüksək rütbəli hərbçilərlə görüşdə səsləndirib. O bildirib
“Mən yeddi münaqişəyə son qoymağa kömək etmişəm. Əgər Qəzza planı da işləsə, bu artıq səkkiz olacaq. Səkkiz ayda səkkiz münaqişə – bunu heç kim etməyib”, -deyə o qeyd edib.
Eyni zamanda Tramp Nobel komitəsinin fəaliyyətinə skeptik yanaşdığını vurğulayıb: “Mükafatı alacağam? Əsla. Onu heç nə etməmiş birinə verəcəklər. Bəlkə də Donald Tramp haqqında kitab yazan yazıçıya”.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.