RU

Orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qeydiyyat başlanır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün oktyabrın 2-si saat 11:00-dan tam qeydiyyat prosesinə başlanılacaq.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat oktyabrın 9-u saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
49
azertag.az

10Источники