RU

Naxçıvanda zəncirvarı qəza baş verdi - Xəsarət alanlar var

Naxçıvan şəhərində zəncirvarı qəza olub, 4 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində baş verib.

Qəza zamanı iki "VAZ 2107", "Raf" və "NAZ-Lifan" markalı avtomobillər toqquşub.

Zəncirvarı qəzada 4 nəfər xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (APA)

Избранный
72
4
news24.az

10Источники