RU

“Ermənistan 2022-ci ildə həqiqətən müstəqil oldu” - Paşinyan

“2022-ci ildə biz başa düşdük ki, KTMT bizə qarşı öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək. Həmin anda biz müstəqil olduq, çünki anladıq ki, yalnız özümüzə arxalana bilərik”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

“Və biz başa düşdük ki, guya qurduğunuz o təhlükəsizlik sistemi sadəcə bir köpük imiş. O, heç nə deyildi, sadəcə dövlətimizin formalaşmasına imkan verməmək üçün bir alət idi”, — deyə baş nazir müxalifət fraksiyası “Ermənistan”ın deputatı Armen Xaçatryana müraciətlə söyləyib.

Bizim.Media

Избранный
11
15
bizim.media

10Источники