"Qarabağ" bu gün Çempionlar Liqasının Liqa mərhələsində 2-ci oyununa çıxır.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi "Kopenhagen"i qəbul edir.
Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda, Bakı vaxtı ilə saat 20:45-də başlayıb.
"Qarabağ" ilk turda səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.
"Kopenhagen" isə "Bayer"lə heç-heçə oynayıb - 2:2.
Marko Yankoviçdən başqa "Qarabağ"ın heyətində ciddi itki yoxdur.
Çempionlar Liqası, Liqa mərhələsi II tur
1 oktyabr (çərşənbə)
20:45. “Qarabağ” - “Kopenhagen”
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
"Kopenhagen": 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatzidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k)
Baş məşqçi: Yakob Neestrup