RU

Paşinyan Ermənistanın KTMT-dən çıxdığını elan etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi ölkənin bu birlikdən azad olunmasını şərtləndirib.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib:

“2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşısında öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik”.

Baş nazirin sözlərinə görə, KTMT-nin təhlükəsizlik sistemi “köpükdür”.

“O, dövlətimizin qurulmasının qarşısını alan vasitədən başqa bir şey deyildi”, – Paşinyan əlavə edib.

Paşinyan daha əvvəl bəyan etmişdi ki, KTMT Ermənistan üçün “problemlər yaradır”.

Избранный
9
8
nocomment.az

10Источники