RU

“Qarabağ” Skandinaviya səddini aşdı Yenilənib+Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq. 

Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək. 

Matç saat 20:45-də başlayacaq.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 2-ci tur

1 oktyabr 20:45. “Qarabağ” – “Kopenhagen” 

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan (Niderland)

Tofiq Bəhramov adına Respublika stadionu.

***

Komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bikaylo, Kadi, Leandro Andrade, Abdullah Zubir (k), Oleksiy Kaşuk, Kamilo Duran 

Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabiyan Buntiç, Sami Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Heseynov

“Kopenhagen”: Kotarski, Qabriel Pereyra, Xatsidiakos, Mukoko, Elyunussi, D.Larsson, Leraqer, Ueskas, Lopes, Robert, Dileyni (k)

Ehtiyat heyət: Runarsson, Buur, Qarananqa, Klasson, Sudzuki, Madsen, Zaqe, Melinq, Aşuri, Klem

***

Matç başladı.

***

“Qarabağ” 28-ci dəqiqədə hesabı açır. Abdullah Zubir adını tabloya yazdırır.

***

Fasilə

***

İkinci hissə başladı.

***

Emmanuel Addai 83-cü dəqiqədə hesab arasındakı fərqi artırır.

***

Matç başa çatdı. “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti qələbəsini qazandı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
10
qafqazinfo.az

10Источники