RU

“Kopenhagen”in baş məşqçisi: “Qarabağ” qələbəyə layiq idi”

“Qarabağ” bizimlə oyunda qələbəyə layiq idi”.

Msport.az xəbər verir ki, bunu Danimarkanın “Kopenhagen” klubunun baş məşqçisi Yakob Neestrup deyib.

Mütəxəssis Bakıda “Qarabağ”a uduzduqları (0:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Rəqibin güclü oslduğunu bilirdik. Birinci hissədə onlar mükəmməl oynadılar. İkinci yarıda çox dəyişiklik etdik. Aktiv oyun sərgilədik. İmkanları dəyərləndirə bilmədik. “Qarabağ” qələbəyə layiq idi”.

O, bütün rəqiblərə hörmət etdiklərini söyləyib: “Qarabağ” təcrübəli kollektivdir. Mükəmməl oyunçuları var. Baş məşqçiləri Qurban Qurbanovu da xüsusi qeyd etməliyəm”.

Избранный
33
9
msport.az

10Источники