RU

“Bir Bonus” “Toyota Corolla” və yüzlərlə bonus qazandırır

“Bir ekosistem”in vahid loyallıq proqramı olan “Bir Bonus” möhtəşəm hədiyyələr qazandırır.

Belə ki, 1 oktyabr tarixindən etibarən “Bir Bonus” lotereyası start götürüb. Bu lotereyada həm bonus qazanaraq, həm də xərcləyərək iştirak etmək mümkündür. Noyabrın 15-dək davam edəcək lotereyada istifadəçilər yüzlərlə bonusla yanaşı, lotereyanın əsas mükafatı “Toyota Corolla” avtomobilinə sahib olmaq şansı əldə edirlər. Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən hər kəs lotereyada iştirak edə bilər.

Lotereyada iştirak prosesi çox sadədir. “Kapital Bank”/ “Birbank” kartları və ya “m10” ilə ən azı 5 AZN və daha yuxarı məbləğdə ödəniş 1 şans qazandırır. Birmarket.az saytı və ya “Birmarket” tətbiqində edilən ödənişlər sahibinə 10 şans gətirir. Bonus balansından 0.50 və yuxarı məbləğdə “Bir Bonus” xərcləyən iştirakçılar 1 şans, Birmarket.az və “Birmarket” tətbiqində isə 10 şans qazanırlar.

Aşağıdakı əməliyyatları icra edərək lotereyada şans saylarını artırmaq mümkündür:

- “Birbank” tətbiqində aylıq təklif edilən bonus kateqoriyalarından seçim edib, həmin kateqoriyalarda edilən ödənişlər;

- Partnyor mağazada alış-veriş zamanı “Bir Bonus” barkodunu oxudaraq edilən ödənişlər;

- “m10” tətbiqində bonus ilə edilən və ya bonus qazandıran ödənişlər;

- “Birbank” və ya “m10” da QR funksiyası ilə bonuslarla edilən ödənişlər;

- “Bir Bonus” kabinetini “Trendyol Azərbaycan”da əlaqələndirib edilən ödənişlər;

- Bonus kateqoriyası seçib bonus partnyorunda edilən ödənişlər;

Lotereyanın yekununda ümumilikdə 1001 nəfər qalib seçiləcək. Onlardan 1 nəfər lotereyanın superprizi – “Toyota Corolla” avtomobilini, digərləri isə yüzlərlə bonus qazanacaq.

- 100 qalib – 200 bonus

- 200 qalib – 100 bonus

- 300 qalib – 50 bonus

- 400 qalib – 20 bonus

Lotereyanın tirajı 16 dekabr 2025-ci il tarixində keçiriləcək. Qaliblər təsadüfi seçim əsasında müəyyən ediləcək. Seçim prosesi “Bir Bonus”un rəsmi sosial media hesablarında canlı yayımlanacaq.

Ətraflı məlumat üçün: http://birbonus.az/ və ya *1001

Qeyd edək ki, “Bir ekosistem”in vahid loyallıq proqramı olan “Bir Bonus” – “Birbank”, “m10”, “Birmarket” və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. “Bir ekosistem” müştəriləri “Bir Bonus” proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları “BakıKart” biletindən “Trendyol” sifarişinə, mobil balansdan “Birmarket” alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.

“Bir ekosistem” ölkənin aparıcı brendləri olan “Birbank”, “Birmarket”, “m10” və “MilliÖn” brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir.

Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – “Vahid giriş”, “Vahid bonus”, “Vahid ödəniş” və “Vahid kredit” platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Избранный
19
29
manset.az

10Источники