RU

29 yaşlı oğlan kafedə öldürüldü

Yevlaxda 29 yaşlı oğlan qətlə yetilrib.

News24.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 1996-cı il təvəllüdlü Xəyal Zeynalovun aldığı xəsarətlər səbəbindən xəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahir Baxşalızadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Избранный
64
30
news24.az

10Источники