Göygölün Balçılı kənd sakini, 1994-cü il təvəllüdlü Eşqin Abbasov üz nahiyəsində ciddi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, ona ilkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olaraq qalır. İlkin məlumatlara görə, qəza ehtiyatsızlıq nəticəsində baş verib. Belə ki, E.Abbasovun avtomobilin mühərrikindən sızan kimyəvi maddənin təsirindən yanıq xəsarətləri aldığı qeyd olunub. Hadisə ilə bağlı araşdırma aparılır.