RU

KİV: Tramp ABŞ və narkotik kartelləri arasında silahlı münaqişənin başladığını elan edib

ABŞ prezidenti Donald Tramp ölkənin narkotik kartelləri ilə silahlı münaqişə vəziyyətində olduğunu bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə Amerika liderinin Konqresə göndərdiyi bildirişi nəzərdən keçirən "The New York Times" (NYT) məlumat yayıb.

Qəzetin yazdığına görə, narkotik kartellərinə qarşı kampaniyanın yeni statusu Karib hövzəsində gəmilərə endirilən əvvəlki zərbələrə hüquqi əsas vermək məqsədi daşıyır.

Tramp bildirib ki, kartel üzvlərinin hərəkətləri ABŞ-yə qarşı silahlı hücum kimi qiymətləndiriləcək, qaçaqmalçılar isə qeyri-qanuni döyüşçü hesab olunacaq.

ABŞ Hərbi Dəniz Qüvvələri artıq Karib dənizində beynəlxalq sularda Venesueladan narkotik daşıdığı iddia edilən, heyətində ümumilikdə 14 nəfərin olduğu ən azı iki sürətli qayığı məhv edib. Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Tramp bəyan edib ki, ABŞ Venesuela narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən gəmilərə zərbələr endirməyə davam edəcək.

Избранный
22
22
operativmedia.az

10Источники