RU

Putinin yeni müttəfiqi Çexiyada: Babiş Ukraynaya dəstək üçün göndərilən silahları "çürümüş" adlandırdı

Çexiyanın siyasətində böyük dəyişikliklər gözlənilir. Çexiya siyasətinin əsas fiqurlarından biri Andrey Babişin Ukrayna ilə bağlı verdiyi açıqlamalar, onun mövqeyinin təhlilinə səbəb olub. Ukrayna mətbuatının məlumatına görə, Babiş Ukraynaya göndərilən silahlar və dəstək məsələsində fərqli bir mövqe ortaya qoyub.

Musavat.com xəbər verir ki, 2024-cü ilin əvvəlində Çexiya Ukraynaya "sursat təşəbbüsü"nü başlatdı və bu çərçivədə artıq bir milyon silah sursatı Ukrayna ordusuna təhvil verildi. Bu sursatlar, Ukraynanın cəbhədə mübarizə aparan qoşunları üçün həyati əhəmiyyət kəsb edir. Lakin bu ilin iyul ayında Reuters-ə verdiyi müsahibəsində Babiş bu təşəbbüsü sərt şəkildə tənqid edərək onu "çürümüş" adlandırıb. 

Babişin bəyanatlarına görə, o, həmçinin Avropa İttifaqının "yaşıl" siyasəti və miqrasiya sazişi ilə mübarizə aparmağa hazırdır və Ukraynaya verilən dəstəyi dayandıran partiyalarla ittifaq qurmağa açıq olduğunu bildirir.

Babişin rəhbərlik etdiyi ANO (Çexiyada "Aktsiya narazı vətəndaşlar" hərəkəti) partiyasının populyarlığı 30% səviyyəsindədir. Lakin bu səs sayı, müstəqil hökumət formalaşdırmaq üçün kifayət etmir. Yalnız parlamentdə çoxluğu əldə edərək, Babiş öz namizədliyini baş nazir postuna irəli sürə bilər.

Babişin mövqeyi, Çexiya və ümumiyyətlə Avropada Ukrayna məsələsinə yanaşmanı dəyişə bilər, bu isə dünya siyasətində ciddi təsirlərə səbəb ola bilər.

Musavat.com

Избранный
8
4
musavat.com

5Источники