RU

“Kopenhagen görüşləri Azərbaycanın artan siyasi çəkisini göstərdi” - Politoloqdan şərh

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi” Zirvə toplantısındakı iştirakı bir daha göstərdi ki, Azərbaycanın Avropadakı mövqeyi artıq sadəcə iştirakçı statusu ilə məhdudlaşmır. Dövlətimizin başçısı proseslərin istiqamətinə təsir göstərən əsas fiqurlardan biri kimi qəbul olunur.

Ən diqqətçəkən məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevlə Avropa liderlərinin görüşləri Azərbaycan tərəfinin təşəbbüsü ilə deyil, məhz onların müraciəti əsasında baş tutub. Bu fakt ölkəmizin beynəlxalq nüfuzunun və qəbul edilən rolunun real göstəricisidir.

Artıq Azərbaycan qlobal siyasətdə etibarlı tərəfdaş kimi çıxış edir. Enerji təhlükəsizliyində oynadığı mühüm rol, eyni zamanda Cənubi Qafqazda sülh təşəbbüslərindəki qətiyyətli mövqeyi Avropa dövlətləri üçün Bakı ilə əməkdaşlığı strateji zərurətə çevirib.

Kopenhagen görüşləri bir daha təsdiqlədi ki, Azərbaycan Avropanın enerji xəritəsində əsas oyunçu olmaqla yanaşı, regional sabitlik məsələlərində də əvəzolunmaz tərəfdaşdır. Avropa liderlərinin dialoq təşəbbüslə çıxış etməsi isə Azərbaycanın proseslərdən kənarda qalmadığını, əksinə, zəruri oyunçuya çevrildiyini nümayiş etdirir.

Nəticə etibarilə, Kopenhagen zirvəsi göstərdi ki, Prezident İlham Əliyevin Avropada siyasi çəkisi yüksəlməkdə davam edir. Azərbaycanın beynəlxalq imici artıq hörmət, etimad və tərəfdaşlıq prinsipləri üzərində qurulub və bu, real siyasi nəticələrlə təsdiqlənir.

Züriyə Qarayeva

Избранный
21
50
news365.az

10Источники