Naxçıvan, 3 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən 6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.