RU

Azərbaycanda şirkət əməkdaşları saxlanıldılar - Onminlərlə manat mənimsəmə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda fəaliyyət göstərən şirkətin üç əməkdaşı məsuliyyətə cəlb olunub.
Oxu.Az-ın məlumatına görə, "Saloğlu Kommersiya" MMC-nin əməkdaşları Məhəmməd Məmmədov, Gülşən Xəlifəyeva və Nicat Həbibov adıçəkilən şirkətin 179 min manatını mənimsəməkdə təqsirləndirilirlər.
Faktla bağlı cinayət işi başlanıb və təqsirləndirilən şəxslərdən Nicat Həbibov və Gülşən Xəlfəyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin qərarı ilə digər təqsirləndirilən Məhəmməd Məmmədov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.
Samir Əli
Избранный
17
6
oxu.az

8Источники