RU

Şirvanda “Gül Bağı” restoranında nöqsanlar aşkarlandı

Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, 1 May küçəsində yerləşən, sahibkar Seyfullayev Cavid Qardaşxan oğluna məxsus “Gül Bağı” restoranında yoxlama keçirib.

Baxış zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəxdə tavanın asan yuyula bilən gigiyenik materialla üzlənmədiyi, divar və döşəmə səthlərinin çirkləndiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, doğrama lövhələrinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Избранный
28
5
teleqraf.com

6Источники