ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
Oktyabrın 13-14-də Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən həmin ölkənin Baş nazirinin müavini Aleksey Overçuk, İran tərəfini isə yol və şəhərsalma naziri Fərzanə Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər.
Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.