RU

III MDB Oyunları: Azərbaycan karateçiləri bu gün 3 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıblar - YENİLƏNİB-2

III

Azərbaycan III MDB Oyunlarında növbəti medallarını qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Mədinə Sadiqova (55 kq), Nuran Rzazadə (67 kq) və Roman Heydərov (kata) qızıl mükafata sahib çıxıblar.

Fərid Savadov (60 kq) ilə Nəzrin Piriyeva (55 kq) finalda uduzaraq gümüş medal əldə ediblər.

İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.

17:05

Azərbaycan karateçiləri III MDB Oyunlarında finala vəsiqə qazanıblar.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, Fərid Savadov (60 kq), Nəzrin Piriyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Nuran Rzazadə (67 kq), Roman Heydərov (kata) adını bu raunda yazdırıb.

İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.

14:40

Azərbaycan karateçiləri III MDB Oyunlarında yarımfinala vəsiqə qazanıblar.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, fərdi mübarizədə İnci Əzizova (50 kq), Fərid Savadov (60 kq), Nəzrin Priyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Aslan Dostuyev, Nuran Rzazadə (hər ikisi 67 kq), katada Ramilə Heydərova, Rövşən Əliyev və Roman Heydərov bu mərhələyə adlayıblar.

Qeyd edək ki, bu gün Mingəçevirdə start götürən karate yarışları sabah başa çatacaq.

Избранный
15
3
xalqcebhesi.az

4Источники