RU

Rusiyalı nazir müavini: Xankəndi getdikcə daha da gözəlləşir

Rusiyanın nümayəndə heyəti III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışının keçirildiyi Xankəndi şəhərində olmaqdan məmnundur.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiyanın idman nazirinin müavini Aleksey Morozov deyib

O, Xankəndi şəhərində bir çox məkanda olduqlarını söyləyib:

“Bizə burada ekskursiya təşkil olundu. Yarışın keçirildiyi Xankəndi şəhər stadionu bizi çox sevindirdi. Bura tamamilə yenidir. Xankəndinin getdikcə daha da gözəlləşdiyini görürük. Burada olmaqdan xoşbəxtik”.

Избранный
14
6
axar.az

7Источники