RU

Əlisəmid Kürün vəziyyəti ağırlaşdı, evə apardılar - TƏBİB-dən AÇIQLAMA

Şair Əlisəmid Kür bu gün ailəsinin razılığı əsasında Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, pasiyentə qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin olunmuşdu.

"Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi prosesi zamanı zəruri tibbi müdaxilələr həyata keçirilib, eləcə də yanaşı xəstəlikləri ilə əlaqədar onkoloq və digər müvafiq ixtisaslı həkimlərin iştirakı ilə konsiliumlar təşkil olunub", - məlumatda vurğulanıb.***

16:01

Şair Əlisəmid Kürün (Cəfərli) vəziyyəti ağırlaşıb və o, xəstəxanadan evə gətirilib.

Bu barədə APA-ya şairin qızı Aynur Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti hazırda ağırdır.

“Bu gün evə buraxılıb, vəziyyəti ağırdır”, – deyə o bildirib.

Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.

"Cebheinfo.az" 

Избранный
20
6
cebheinfo.az

10Источники