ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Tbilisidə etiraz aksiyaları keçirilir. Etirazçılar Tbilisinin Atoneli küçəsində yerləşən Gürcüstan prezidentinin sarayının ərazisinə basqın ediblər.
Modern.az gürcü KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə xüsusi təyinatlılar səfərbər olunub.
Etirazçılar hadisə yerinə səfərbər olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və müxtəlif əşyalar atırlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etməyə başlayıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.