RU

III MDB Oyunları: Azərbaycan cüdoçuları 21 medal qazandılar

III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar davam edir.

Azərbaycanlı idmançılar Gülşən Hüseynova (-44 kq), Zeyd Ələsgərov (-60 kq), Könül Eyvazova (-48 kq), Fəxri Sahibzadə (-66 kq) və Nərmin Ağamirzadə (-52 kq), birinci yerə çıxıblar.

Sübhan Axundov (+90 kq), Məhəmməd Ağakişiyev(-81 kq), Nəzakət Əliyeva (-57) kq), Hüseyn Hüseynov (-66 kq), Sunay Salamova (-40 kq), MəhəmmədəliHüsüyev (-55 kq), Röyal Qayibov (-60 kq) gümüş, Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Xədicə Abdullayeva (-44 kq), Aysun Məmmədova (-52 kq), Sadiq Məmmədov (-73 kq), Nürəddin Əliyev (-90 kq) və Tunar Fərzəliyev (+90 kq) bürünc medallar qazanıblar.

Xatırladaq ki, daha öncə isə Zemfira Əliyeva (+70 kq)və Fidan Cəlilli (70 kq) bürünc medallar əldə ediblər.

Beləliklə, cüdo yarışlarının ilk günündə idmançılarımız 21 medal qazanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
5
olaylar.az

6Источники