ain.az, Apa.az portalına istinadən məlumat yayır.
Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.