RU

İsrail Qəzzadan geri çəkilməyi qəbul etdi

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

“HƏMAS razılaşmanı təsdiqlədiyi təqdirdə dərhal atəşkəs qüvvəyə minəcək”.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında məlumat yayıb. 

O bildirib ki, İsrail, Qəzzadan ilk geriçəkilmə xəttinin gerisinə çəkilməyə razılıq verib.

“Danışıqlardan sonra İsrail, HƏMAS-a təqdim etdiyimiz və paylaşdığımız ilk geriçəkilmə xəttini qəbul etdi. HƏMAS təsdiq etdiyi anda atəşkəs dərhal qüvvəyə minəcək. Girov və məhbus mübadiləsi başlayacaq. Növbəti geriçəkilmə mərhələsinə zəmin yaradacağıq. İsrail əvvəlcə birinci xəttə qədər çəkiləcək” – deyə, Tramp yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
10
redaktor.az

10Источники