RU

MDB Oyunları: Azərbaycan cüdoçuları qarışıq komanda yarışında finala yüksəliblər

III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışları davam edir.

Milli.Az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan düyüşlərdə yığmamız yarımfinalda Tacikistan seçməsinə 7:3 hesabı ilə qalib gəlib.

Millimizin finaldakı rəqibi Özbəkistan komandası olacaq. Özbəklər yarımfinalda Rusiya cüdoçularını 7:5 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Milli.Az

Избранный
22
7
milli.az

8Источники