RU

"Sabah"ın legionerinin durumu bəlli oldu

Misli Premyer Liqasının 7-ci turunun "Karvan-Yevlax"la(0:2) görüşündə zədələnən Coy-Lens Mikelsin durumuna aydınlıq gəlib.

Sportal.az saytına klubdan verilən məlumata görə, almaniyalı forvardın zədəsi ciddi deyil:

"Karvan-Yevlax”la oyunda zədə alan futbolçumuz Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək".

saytlarin hazirlanmasi

Избранный
12
1
sportal.az

7Источники