RU

Ötən il Azərbaycanda 1 882 kişi infarkt keçirib

2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə miokardın kəskin infarktı diaqnozu qeydə alınan kişi xəstələrin sayı 1 882 nəfər olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

2020-ci ildə bu göstərici 1 437, 2021-ci ildə 1 457, 2022-ci ildə 1 426, 2023-cü ildə isə 1 711-ə bərabər olub.

 
  2020 2021 2022 2023
say/nəfər 2229 2252 2205 2646
kişilər 1437 1457 1426 1711
qadınlar 792 795 779 935
18-29 yaşda 63 56 55 66
30 və yuxarı yaşda 2166 2196 2150 2580

Həmçinin, 2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə miokardın təkrar infarktı diaqnozu qeydə alınan kişi xəstələrin sayı 480 nəfər olub.

2020-ci ildə 709, 2021-ci ilə 537, 2022-ci ildə 364, 2023-cü ildə isə 437 kişiyə sözügedən diaqnoz təyin edilib.

  2020 2021 2022 2023
say/nəfər 1143 868 601 721
kişilər 709 537 364 437
qadınlar 434 331 237 284
18-29 yaşda 15 8 7 8
30 və yuxarı yaşda 1128 860 594 713
Məqalədə:
Избранный
24
7
day.az

10Источники