2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə kəskin miokard infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 2 911 nəfər olub.
Hurriyyet.Az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 1 882-si kişi, 1 029-u isə qadın olub.
Bu diaqnoz həmin şəxslərdən 73-də 18-29 yaşlarda, 2 838-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.
2020-2023-cü illərin miokardın kəskin infarktı diaqnozu üzrə statistik göstəricilər isə aşağıdakı kimi olub:
2020
2021
2022
2023
say/nəfər
2229
2252
2205
2646
kişilər
1437
1457
1426
1711
qadınlar
792
795
779
935
18-29 yaşda
63
56
55
66
30 və yuxarı yaşda
2166
2196
2150
2580
Həmçinin 2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə təkrar miokard infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 793 nəfər olub
Vurğulanıb ki, onlardan 480-i kişi, 313-ü isə qadın olub.
Bu diaqnoz həmin şəxslərdən 9-da 18-29 yaşlarda, 784-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.
2020-2023-cü illərin miokardın kəskin təkrar diaqnozu üzrə statistik göstəricilər isə aşağıdakı kimi olub:
2020
2021
2022
2023
say/nəfər
1143
868
601
721
kişilər
709
537
364
437
qadınlar
434
331
237
284
18-29 yaşda
15
8
7
8
30 və yuxarı yaşda
1128
860
594
713