İspaniyanın paytaxtı Madrid şəhərində binanın qismək uçması nəticəsində 3 nəfər xəsarət alıb.
Redaktor.az ''Reuters''ə istinadən xəbər verir ki, onlardan birinin vəziyyəti ağırdır.
Xilasedici qüvvələr xüsusi təlim görmüş itlər və dronların köməyi ilə dağıntılar altında daha çox insanın qalıb-qalmadığını yoxlayır.
Əlavə təfərrüatlar hələlik məlum deyil.