RU

Fənərbağçada 2 futbolçu heyətdən kənarlaşdırıldı - FOTO

Fənərbağça milli futbolçular İrfan Can Kahveci və Cenk Tosunun heyətdən uzaqlaşdırıldığını rəsmən açıqlayıb. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçunun Samandıra bazasında və komanda daxilindəki məsuliyyətsiz davranışları bu qərara səbəb olub. Bildirilir ki, heyətdən kənarlaşdırılma qərarı baş məşqçi Domenico Tedesconun təsdiqi ilə verilib.

İrfan Can Kahveci - Bu mövsüm 12 oyunda iştirak etsə də, nə qol, nə də asistlə yadda qalıb.

Cenk Tosun - 7 oyuna çıxıb və 1 asist edib.

Fenerbahçədə rəhbərlik dəyişikliyindən sonra verilən bu qərar klubdaxili nizam-intizam mesajı olaraq dəyərləndirilir.

Lalə Qüdrətova
Milli.Az

Избранный
46
7
milli.az

10Источники