RU

600 qol, 9 klub, 3 qitə- Suaresin əfsanəvi karyerası

Futbol tarixinin ən "qorxulu" hücumçularından biri olan Luis Suares karyerasında 600-cü qolunu vuraraq daha bir tarixi uğura imza atıb.

Fanat.Az xəbər verir ki, “El Pistolero” (Tapançaçı) ləqəbli ulduz bu nailiyyətə 9 fərqli klub, 3 qitə və 20 illik karyera ərzində çatıb.

Onun bitib-tükənməyən mübarizə ruhu və qapı qarşısındakı soyuqqanlılığı onu futbol tarixinin ən unudulmaz hücumçularından birinə çevirib.

Suaresin karyera qollarının bölgüsü:

  • "Barselona": 198 qol
  • "Ayaks": 111 qol
  • "Liverpul": 82 qol
  • Uruqvay millisi: 69 qol
  • "Atletiko Madrid": 34 qol
  • "Qremio": 29 qol
  • "Nasional": 20 qol
  • "İnter Mayami": 42 qol
  • "Qroningen": 15 qol

Bu rəqəmlər təkcə statistikadan ibarət deyil - bunlar bir dövrün hekayəsidir. 

Suaresin adı indi artıq yalnız klub səviyyəsində deyil, dünya futbolu tarixi səviyyəsində əfsanələr sırasında yazılıb.

Kamil Xudiyev

Избранный
26
1
fanat.az

2Источники