RU

Millimiz yenə 5 qol buraxaraq uduzdu

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu - üçüncü oyununu keçirib.

News24.az xəbər verir ki, 9-cu qrupda yer alan yığma umıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Fransanın Kapbreton şəhərində yerləşən “Burye” stadionunda təşkil olunan oyun rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

Bununla da xalı olmayan Azərbaycan yığması qrupu sonuncu sırada başa vurub.

Избранный
128
4
news24.az

10Источники