RU

İşdən çıxarılan məşhur general: "Boynumda yırtıq olduğu üçün işdən azad edildim"

"Səhhətimdə problemlər yaranıb".

Far.Az xəbər verir ki, bu barədə "Unikal"a açıqlamasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, səhhətindəki problemlərlə bağlı həkim yoxlanışından keçib:

"Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm", - deyə İ.Hüseynov bildirib.

*** 14:22

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov vəzifəsindən azad olunub.

Far.Az "Bakupost"a istinadla xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib. 2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

Избранный
56
3
far.az

10Источники