Bəllidi ki, nominal meydan sahiblərinin azarkeşləri, başqa sözlə, tovuzlular sevimli komandalarını belə vacib qarşılaşmada tək qoymamalı, ənənəvi dəstəkləriylə kollektivi qələbəyə səsləməlidi. Bəs, onlar görüşə necə hazırlaşıb?
“Football-plus.az”ın sualını “Ultras Turan” fanklubunun rəhbəri Kamal Saqqayev cavabladı:
“Həm komanda, həm də biz tərəfdarlar matça çox ciddi hazırlaşıb. Söhbət 6 xallıq oyundan gedir. Təbii ki, komandanı dəstəkləyəcəyik. Say haqda dəqiq məlumat verə bilməyəcəm. Ancaq tribunalarda anşlaq olacaq. Tovuzlu azarkeşlərin oyuna necə hazırlaşdıqlarını, komandanın yanında olduqlarını hamı stadionda görəcək. “Turan Tovuz” hardasısa, “Ultras Turan” da ordadı”.
Xatırladaq ki, qarşılaşma saat 19.00-da başlanacaq.KƏNAN BAHADIR