RU

Messi rekordlardan doymur

Lionel Messi karyerasında yeni rekorda nail olub.

"Football-plus.az" xəbər verir ki, Argentina yığmsının 38 yaşlı hücumçusu beynəlxalq oyunlarda ötürmələrin sayına görə yeni dünya rekordunun müəllifi olub.

Messi yoldaşlıq oyununda Puerto Riko üzərində 6:0 hesablı qələbədə 2 məhsuldar ötürmə ilə rol oynayıb. Bununla da o, milli komandadakı assistlərinin sayını 60-a çatdırıb. Nəticədə Messi milli formada 58 məhsuldar ötürmə edən amerikalı Lendon Donovan ilə braziliyalı Neymarı geridə qoyub.

Messi Argentina millisində 2005-ci ildən çıxış edir.

Избранный
69
50
football-plus.az

10Источники