RU

Zelenski və Trampın rəsmi naharı başa çatdı – görüş planlaşdırılandan uzun çəkir

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən rəsmi nahar artıq başa çatıb.

Musavat.com xəbər verir ki, “Ukrainska Pravda”nın Ukrayna nümayəndə heyətindəki mənbəsinə istinadla verdiyi məlumata görə, liderlərin görüşü iki saatdan artıq davam edir ki, bu da əvvəlcədən planlaşdırılandan daha uzun müddətdir.

Qeyd edək ki, tərəflər danışıqlarda əsasən müharibənin dayandırılması yolları, təhlükəsizlik əməkdaşlığı və silah tədarükü məsələlərini müzakirə edirlər. Görüşün yekunlarına dair bəyanatın yaxın saatlarda veriləcəyi gözlənilir. 

 

Musavat.com

Избранный
34
33
musavat.com

10Источники