TOVUZ, 18 oktyabr. TELEQRAF
Hadisə Tovuz şəhər Elməddin Nəsibov küçəsində qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.
O təcili tibbi yardım briqadası tərəfindən Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Ziba Ağayevanın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.