futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Premyer Liqasının VIII turu “Kəpəz” üçün əlamətdar olub.
Futbolpress.az xəbər verir ki, Gəncə klubunun mövsümdəki ilk qələbəsi “Şamaxı” ilə səfər matçına təsadüf edib – 4:1.
Bu, həm də qərblilərin Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci böyükhesablı səfər qələbəsi olub. “Kəpəz” bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.
Gəncə klubu bunadək səfərdəki son belə qələbəsini “Qəbələ” üzərində qazanıb. 2023-cü il dekabrın 9-da qonaqlar 3:0 hesabı ilə qalib gəlib.
“Kəpəz”in səfərdəki ilk böyükhesablı qələbəsi isə 1992-ci il iyunun 13-də “Plastik”lə görüşdə qeydə alınıb – 3:0.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        